İnsanlara hürriyət, millətlərə istiqlal!

“Aygün elə təqdim edilməməli idi” - Nura Suri

1093 13.12.2018 14:54 Şou-biznes A A

Müğənni Nura Suri Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatlandırma gecəsindən yazıb.

Musavat.com xəbər verir ki, sənətçi gecədə mükafatlandırılan xalq artisti Aygün Kazımovanın düzgün təqdim edilmədiyini  bildirib: "Bir məsələ məni narahat edir. Niyə biz türklərə göstərdiyimiz hörmətin, sayğının, dəyərin cavabını görmürük? Niyə bir millət və iki dövlət deyirik, amma bu, ancaq bizim üçün belədir? Onların aktyorları, sənətçiləri, stilistləri Azərbaycanda hörmətlə qarşılanır, bizimkilər isə orada eyni münasibəti görmür. Aygün Kazımova Azərbaycanın divasıdır. Onu belə də təqdim etməli idilər. Təqdimatı isə onların hörmətli sənətçisi etməli idi. Səhnəyə bu yaxınlarda konsertində göstərdiyi şousu ilə çıxmalı idi. Türklər bu işə daha ciddi yanaşmalıdır. Kənan Doğulu da adi "O səs Türkiyə"yə gələn iştirakçılar kimi əlinə gitara alıb oxudu. Niyə də?".

Qeyd edək ki, namizədlər arasında Günay İbrahimli, Dilarə Kazımova, Aysel Əlizadə, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərli olub.

Xalq artisti Azərbaycanda keçirilən səsvermə nəticəsində nüfuzlu tədbirdə mükafat almağa haqq qazanıb.

Könül,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR