İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT PA sədri: “Cənubi Qafqazdakı münaqişələr Avropa üçün ciddi təhlükədir”

411 12.12.2018 01:44 Son xəbər A A

“Cənubi Qafqaz regionundakı mövcud münaqişələrlə bağlı vəziyyətdə irəliləyiş yoxdur. Bu isə təkcə region üçün deyil, Avropa üçün də ciddi təhlükə mənbəyidir.

Bunu ATƏT Parlament Assambleyasının sədri Giorgi Tsereteli deyib.

ATƏT PA-nın sədri bildirib: “Bu gün Cənubi Qafqazın iki ölkəsinin – Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqları işğal olunub. Artıq neçə illərdir ki, bu münaqişələrin həlli istiqamətində aparılan danışıqlar nəticə vermir. Ona görə də hesab edirəm ki, işğalçılara qarşı ciddi tədbirlər görülməli, sanksiyalar tətbiq olunmalıdır”.

G.Tsereteli bu məsələni ATƏT xarici işlər nazirlərinin toplantısında da qaldırdığını bildirib. (AzərTAc)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR