İnsanlara hürriyət, millətlərə istiqlal!

Atası ilə bağlı görüntülər Laləni kövrəltdi - VİDEO

788 04.03.2024 20:23 Şou-biznes A A

Əməkdar artist Lalə Məmmədova "Qonaqcanlı" proqramında göz yaşlarını saxlaya bilməyib.

Atası ilə bağlı təqdim edilən sujet müğənnini kövrəldib. L.Məmmədova atası Nadir Məmmədovdan bəhs edərək, bunları deyib:

"Atam ömrünün son 3 ilində danışa bilmirdi. Onun demək istədiklərini bu sujetdə dilə gətirdiniz. Bizim tərbiyəmizlə anamız məşğul olurdu. Amma atamızın bir baxışı bizə bəs idi. Atam həyatda olanda onun bizi tərk edəcəyi hisslə barışmışdım. Çalışırdım onun son günlərinə qədər deyə bilmədiyi, hər şeyi gözündən anlayıb edib. Öyrəşmişdim bütün konsertlərimdə anamla atamı görüm. Gəncə konsertində onu xatırladım". 

Qeyd edək ki, L.Məmmədova bir müddət əvvəl Altsheymer xəstəliyindən əziyyət çəkən atasını itirib. N.Məmmədov 1982-ci ildən BDU-da çalışıb. O, xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının professoru olub. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR