İnsanlara hürriyət, millətlərə istiqlal!

Arda Gülər meydana girmədiyi oyundan sonra Ançelotti ilə dava edib - FOTO

1130 02.04.2024 18:45 İdman A A

“Real Madrid”in 19 yaşlı türkiyəli ulduzu Arda Gülərin “Atletik Bilbao” ilə matç öncəsi Karlo Ançelotti ilə mübahisə etdiyi iddia olunur.

BAKU.WS xəbər verir ki, bu barədə məlumat “Real Madrid Exclusivo”da yer alıb.

 

Xəbərdə qeyd olunub ki, Arda matçdan sonra Ançelotti ilə görüşüb və komandadakı durumu ilə bağlı fikirlərini bildirib.

Arda Gülər ​​məşqçisinə “Mən adi oyunçu olmaq yox, uğurlu olmaq istəyirəm” deyib. Ançelottinin Ardaya "Sakit ol" deyərək cavab verdiyi bildirilib.

Qeyd edək ki, Arda Gülər ​​bu mövsüm Real Madriddə 7 matçda 98 dəqiqə meydanda olub. Futbolçu bu zaman kəsiyində 1 qolla yadda qalıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR