İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya 5 milyard avrodan çox silah ixrac edəcək

387 21.04.2024 23:37 Dünya A A

Bu ilin birinci rübündə Almaniya hakimiyyəti 5,2 milyard avro dəyərində silah ixracına icazə verib.

Bu barədə xəbəri Almaniya İqtisadiyyat Nazirliyi yayıb.

Belə ki, Almaniyanın silah ixracı 2023-cü ilin birinci rübü ilə müqayisədə iki dəfədən çox artaraq 2,4 milyard avro təşkil edib.

Qeyd olunub ki, ölkənin 2024-cü ilin birinci rübündə 3,8 milyard avroluq ixracatının 74%-i Ukraynaya gedib. 2023-cü ildə isə Almaniya 12,2 milyard avro dəyərində silah ixracına icazə verib.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR