İnsanlara hürriyət, millətlərə istiqlal!

Adnan Oktarın azərbaycanlı tərəfdarları onu müdafiə etdilər, aləm qarışdı - VİDEO

4751 07.02.2018 18:17 Qalmaqal A A

Son zamanlar adı qalmaqallarla hallanan, özünü din adamı kimi təqdim edən Adnan Oktar (Harun Yəhya) ilə bağlı azərbaycanlı tərəfdarları bir video paylaşıb.

Musavat.com xəbər verir ki, videoda onlarla kişi, qadın və hətta uşaqlar bir dairə quraraq, A.Oktarı sevdiklərini və niyə sevdiklərini deyiblər.

Tərəfdarlar növbə ilə “Hocam, sizin vəsilənizlə dövlətimizə və millətimizə bağlı olmağı öyrəndik”, “Qadınlara dəyər verməyi və sevməyi sizin vəsilənizlə öyrəndik”, “Hocam, sizin vəsilənizlə Quranın yetərli olduğunu öyrəndik”, “Hocam, səni çox sevirəm”, “Hocam, sizin vəsilənizlə Allahın yaratma sənətini daha dərindən öyrəndik”, “Hocam, sizin vəsilənizlə Marksist, Darvinist və materialist düşüncələrin yanlış olduğunu öyrəndik”, “Hocam, sizin vəsilənizlə müslümanca yaşamağı öyrəndik”, “Hocam, sizin vəsilənizlə iman həqiqətlərini öyrəndik”, “Hocam, sizin vəsilənizlə sevgini öyrəndik”, “Sizi çox sevirik, hocam”, “Hocam, qiyamətə qədər yanındayıq, inşallah”, “Hocam, sizin vəsilənizlə peyğəmbərə və əhli beytə olan sevgini öyrəndik”, “Hocam, sizin vəsilənizlə gerçək Quranı öyrəndik” cümlələrini səsləndiriblər.  Qadın tərəfdarlar da öz növbəsində A.Oktarı çox sevdiklərini dilə gətiriblər.

Sonda isə tərəfdarlar xorla “Ey munafıklar, enayiliyinize, kerizliyinize doymayın” deyərək, əl çalıblar.

Sözügedən video A.Oktarın Facebook səhifəsində “Azeri kardeşlerimiz Adnan Oktarı neden sevdiklərini söylüyor” başlığı ilə təqdim olunub. Azərbaycanda isə bu video ciddi tənqidlərlə müşayiət olunub və müzakirələrə səbəb olub.

Türkiyədə uzun müddətdir ki, üzərində çalışılan yeni qanun layihəsində Adnan Oktar hərəkatına qarşı da bir maddə yer alıb. Bu il A.Oktar barədə 4592 şikayət verilib.

Türkiyə hökumətinin A.Oktarın sahibi olduğu A9 kanalını bağlayacağı və A.Oktarı cəzalandıracağı gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR