İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfirliyi Ermənistan hökümətinə xəbərdarlıq edib

2341 23.04.2018 04:10 Son xəbər A A

ABŞ-ın Ermənistandakı səfirliyi ölkənin hüquq mühafizə orqanlarını hüquq normalarına və dinc toplantılar azadlığına ciddi riayət etməyə çağırıb.

Trend-in Ermənistan KİV-lərinə istinadla verdiyi xəbərə görə, bu barədə səfirliyin yaydığı bəyanatda deyilir.

 

“Ölkə hakimiyyətini təmkin nümayiş etdirərək dinc mitinqlərə mane olmamağa çağırırıq. Jurnalistlər və nümayişçilərə qarşı zorakılığın tədbiq edilməsi barədə xəbərlər bizdə ciddi narahatlıq doğurur. Etirazçılara qarşı zorakılığa yol vermiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini vurğulayırıq”,-deyə sənəddə bildirilir.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR