İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da dörd nəfər qar çovğununun qurbanı olub

577 11.12.2018 05:02 Son xəbər A A

ABŞ-ın Şimali Karolina ştatında baş vermiş qar fırtınası nəticəsində dörd nəfər ölüb.

Bu barədə "Report" NBC-yə istinadən məlumat verir.

ABŞ-ın Milli Meteorologiya Xidmətinin məlumatına görə, bəzi ərazilərdə qarın qalınlığı 60 sm-i keçib. Əlverişsiz hava şəraiti ilə bağlı yollarda hərəkət iflic olub. Bildirilir ki, 500-ə yaxın yol-nəqliyyat hadisəsi baş verib.

Şimali Karolina ştatının hakimiyyət orqanları sakinlərə səfərə çıxmamağı məsləhət görüblər.

"Evdə qalın. Milad bayramı üçün hədiyyələr hazırlayın, yolkaları bəzəyin və futbola baxın", - deyə ştatın qubernatoru Roy Kuper özünün "Twitter" səhifəsində yazıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR