İnsanlara hürriyət, millətlərə istiqlal!

25 illik bələdiyyə sistemi - özünü necə doğrultdu...

687 09.01.2024 08:40 Media A A

Yerli özünü idarəetmə institutunun ölkəmizdə tətbiqinin banisi Heydər Əliyevdir

Bu il Azərbaycanda yerli özünü idarəetmə instututu bələdiyyələrin formalaşdırılmasının 25-ci ilidir. Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu il 12 dekabrda keçirilib. O dövrdə respublikamızda 2700 bələdiyyə yaradılmış, sonradan isə kiçik bələdiyyələrin birləşdirilməsi nəticəsində bələdiyyələrin sayı 1771-ə endirilmişdi. Hazırda isə ölkəmizdə 1606 bələdiyyə fəaliyyət göstərir. Müvafiq qanuna uyğun olaraq respublikamızda bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir. İkinci dəfə bələdiyyə seçkiləri 2004-cü ildə, üçüncü dəfə 2009-cu il, dördüncü dəfə 2014-cü ildə və beşinci dəfə isə 2019-cu ildə keçirilib. 

2024-cü ilin dekabrında ölkəmizdə növbəti bələdiyyə seçkiləri keçiriləcək. Bu seçkilərin tarixiliyi həm ilk bələdiyyə seçkilərinin 25 illiyində keçirilməsi, həm də işğaldan azad edilmiş ərazilərimizdə də ilk dəfə bələdiyyə seçkilərinin keçirilməsi olacaq. 

Yerli özünü idarəetmə institutunun ölkəmizdə tətbiqinin banisi Ulu öndər Heydər Əliyevdir. Məhz Heydər  Əliyevin təşəbbüsü ilə ölkəmizdə yeni yerli özünü idarətmə institutunun formalaşdırılması üçün seçkilər keçirilib. Heydər Əliyev həmin seçkilərin yüksək səviyyədə keçirilməsinə xüsusi diqqət ayırırdı.

Bələdiyyələr seçki ilə formalaşdırıldıqdan sonra “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Bələdiyyə maliyyəsinin əsasları haqqında” və “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” və digər qanunların qəbulu yerli özünüidarəetmənin inkişafında mühüm rol oynayıb. Bu gün Azərbaycanda Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlar, sosial ədalət və demokratiya siyasətinə söykənən müasir idarəetmə modelində bələdiyyələr özünəməxsus yerə malikdir.

Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımıza sədaqətlə xidmət edərək respublikanın gələcək uğurlu inkişafının təməlini qoyub. Heydər Əliyev ölkəmizin regional inkişaf siyasətinin müəllifi olaraq, regionlarımızın davamlı inkişafına, yerlərdə səmərəli dövlət idarəçiliyinin və yerli özünü idarəetmənin qurulmasına, bölgələrdə yaşayan əhalinin rifah halının yaxşılaşdırılmasına böyük töhfələr verib. Məhz Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə qəbul olunmuş milli konstitusiyamızda yerlərdə icra hakimiyyətinin və yerli özünüidarəetmənin əsasları və statusu müəyyən edilib, 1999-cu ildə ilk bələdiyyə seçkiləri keçirilib. Regional inkişaf siyasətinin həyata keçirilməsi üçün, habelə bələdiyyələrin statusunu, səlahiyyətlərini, hüquq və vəzifələrini müəyyən edən çoxsaylı qanunlar qəbul edilib.

Nazir Siyavuş Novruzovun qardaşını yeni vəzifəyə təyin edibmiş -  GlobalInfo.az

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirdi ki,  Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi nadir şəxsiyyətlərdən biridir. Onun ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda sosial, iqtisadi, elmi, mədəni və digər sahələrdə ciddi uğurlar əldə olunmaqla yanaşı, regionların inkişaf etdirilməsi və yerli özünü idarəetmə sahələrində də əməli addımlar atılıb: "Sovet dövründə  Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz Sovet İttifaqının ən qabaqcıl respublikalardan birinə çevrilib. Məhz o illərdə  güclü sənaye potensialı yaradılıb, respublikamızın müxtəlif rayonlarında çoxsaylı zavod və fabriklər tikilib, irimiqyaslı infrastruktur layihələri icra edilib. Sonrakı dövrlərdə də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi və sarsılmaz iradəsi sayəsində milli dövlətçilik ənənələrinin qorunub-saxlanmasına, demokratik dəyərlərin inkişaf etdirilməsinə, əhalinin rifah halının yaxşılaşdırılmasına, həmçinin regionların sosial-iqtisadi inkişafına, yerli özünü idarəetmə institutunun formalaşdırılmasına xüsusi önəm verib.

Heydər Əliyev yerli özünü idarəetmənin təşkilini demokratik, hüquqi dövlət quruculuğunun vacib, ayrılmaz tərkib hissəsi kimi qiymətləndirirdi.

Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin fərman və sərəncamları ilə qəbul olunan dövlət proqramlarında, milli fəaliyyət planlarında yerli özünü idarəetmənin təkmilləşməsi, bu sahədə şəffaflığın, hesabatlılığın artırılmasına  yönəlmiş mühüm tapşırıq və tövsiyələr yer alır.

Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən 20 il dövlətimizin və xalqımızın taleyində yeni inkişaf mərhələsinin başlanğıcı olub. Bu dövr ərzində Regionların Sosial-İqtisadi İnkişafı üzrə 4 Dövlət Proqramı uğurla həyata keçirilib. Bu proqramların regionların inkişafında mühüm əhəmiyyətə malik olduğu bəllidir".

Yazını hazırladı: Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR