İnsanlara hürriyət, millətlərə istiqlal!

Pərviz Qasımovun daha bir BÖYÜK UĞURU: Avropa ÇEMPİONU oldu FOTO VİDEO

1624 06.05.2024 15:54 Ölkə A A

Televiziya Muğam Müsabiqəsi, Beynəlxalq Muğam Müsabiqəsi, həmçinin Özbəkistanda keçirilən “Şərq təranələri” festivalının qalibi, laureatı olan, Prezident təqaüdçüsü Pərviz Qasımov idmanda daha bir böyük uğura imza atıb.

Musavat.com xəbər verir ki, Pərviz Qasımov İspaniyanın Barselona şəhərində keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq çempion olub və bayrağımızı qaldırıb.

Qeyd edək ki, bundan əvvəl Pərviz Qasımov Bakıda keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq mütləq çempion olmuşdu.

3 çəki üzrə çıxış edən Pərviz Qasımov bütün dərəcələrdə birinci yerə çıxmışdı. 

Qeyd edək ki, yarışda ölkəmizi təmsil edənlər arasında Nizami yurdunun yetirməsi Rauf Əliyev də yer alıb.

İdmançımız I yeri qazanaraq Avropa və Overall çempionu olub. Bu münasibətlə turnirdə iki dəfə Himnimiz səsləndirilib. Təmsilçilərimiz kubok və medallarla təltif edilib.

Qeyd edək ki, Pərviz Qasımov hazırda Milli Konservatoriyada müəllim vəzifəsində çalışır. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR