İnsanlara hürriyət, millətlərə istiqlal!

2005-ci ilin görüntüləri: Əsgəranda ermənilərin azərbaycanlılarla dostluq əlaqələrinin müzakirəsi - VİDEO

2197 14.10.2023 17:12 Qarabağ xəbərləri A A

Sosial şəbəkələrdə 2005-ci ildə Azərbaycanın Xocalı rayonunun Əsgəran qəsəbəsində ermənilərin toplantısını əks etdirən arxiv görüntüləri yayılıb.

Tədbirdə vəziyyətin müsbət yöndə həll olunacağı təqdirdə azərbaycanlılarla dostluğun davam etməsi müzakirə olunur.

Amma sakinlər buna etiraz edir, qovulmuş azərbaycanlıların geri qayıtmasını istəmədiklərini deyirlər. Onlardan yalnız biri azərbaycanlılarla dostluğun davam etməsinin tərəfdarı olduğunu bildirir:

“Mən öz bildiyimi, gördüyümü deyirəm. Ağdamda mən avtomobil qəzasına düşmüşdüm. Bir azərbaycanlı maşınımı öz həyətində gizlətdi ki, yol polisi tutmasın. Bu olub! Məgər bu, dostluq deyil? Bunu partiya əmr etmişdi?”

Bu zaman yanındakı erməni bunun dostluq deyil, sadəcə zərərçəkənə kömək olduğunu deyir. Sakin isə öz sözünün üstündə duraraq həmin qonşusundan soruşur:

“Məgər düşmən düşmənə kömək edər?”/oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR