İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya gözəlləri “Xəzər adaları”nda - EKSKLÜZİV FOTOLAR, VİDEO

9953 08.09.2014 14:20 Şou-biznes A A

“Avesta” konserninin prezidenti Hacı İbrahim İbrahimov (İbrahim Nehrəmli) ölkələrinin gözəllik yarışmasında qalib gəlmiş 125  dünya gözəlini müəllifi olduğu “Khazar Island”da (“Xəzər adaları”) istirahət etməyə dəvət edib.

Bildiyiniz kimi, “Khazar Islands”-ın baş sponsorluğu ilə Azərbaycanda keçiriləcək “Miss Globe International 2014” gözəllik yarışmasının finalçıları artıq Bakıdadır.

Yarışmaya hazırlıq sentyabrın 7-də də davam edib. Əməkdaşımız hazırlıqların gedişatını izləmək üçün “Xəzər adaları”nda olub. 

Sentyabrın 14-də “Crystall Hall”-da baş tutacaq möhtəşəm finalın iştirakçıları “Khazar Islands” layihəsi ilə yerində tanış olub və gördüklərindən heyranlıqlarını bildiriblər. 

İştirakçılar qeyd ediblər ki, burada olmaqdan çox məmnun qalıblar: “Belə bir layihənin Azərbaycanda olması çox yaxşı haldır. Bizim üçün də hər cür şərait yaradılıb. Həm yarışmaya hazırlaşırıq, həm də dincəlirik. Yarışmanın nəticəsindən asılı olmayaraq buradan gözəl xatirələrlə ayrılacağımızdan əminik. Hər şey üçün təşəkkür edirik”.

Mətbuat nümayəndələrinin də iştirak etdiyi ziyafət süfrəsinin ardınca layihəni gəzən finalçılar, restoranda, hovuzda, çimərlikdə, idman kompleksində də istirahət etməyə də vaxt tapıblar.

İdman kompleksindən istifadə edən finalçılar kompleksdən razı qalıblar: “Günün bütün yorğunluğunu bu şəkildə çıxarmaq yaxşı oldu. Mütləq başqa bir zaman da buraya istirahət üçün gələcəyik”.

Dünyanın hər bir nöqtəsindən gələn gözəllər, süni adalarda inşası davam edən şəhərdə xatirə şəkilləri çəkdirməyi də unutmayıblar.


Məhəmməd TÜRKMƏN

Foto və video müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR