İnsanlara hürriyət, millətlərə istiqlal!

BAKIDA MİTİNQ HƏYƏCANI - HAKİMİYYƏT KÜÇƏYƏ QOŞUN ÇIXARDI

32274 15.11.2012 09:56 Ölkə A A

Onun sözlərinə görə, ətrafda aksiya keçirənlər və ya keçirmək istəyənlər gözə dəyməsə də, çevik polis alayının əməkdaşlarının təlaşından belə anlaşılıb ki, onlar Təhsil Nazirliyinin önündə aksiya olacağı barədə siqnal alıblar. Polislərdən biri lakonik şəkildə deyib: “Saqqallılar gələcək”.

Bu xəbər redaksiyamıza daxil olan kimi əməkdaşlarımız hadisə yerinə yollanıblar. Ancaq uzun sürən gözləmədən sonra məlum olub ki, ya aksiya olacağı barədə siqnal yanlış olub, ya da dindarlar son anda niyyətlərindən vaz keçib polislə qarşıdurmaya getmək istəməyiblər.
Nazirliyin ətrafı isə polis tərəfindən mühasirəyə alınıb, əraziyə bir batalyona bərabər səviyyədə polis qüvvələri yeridilib, onlar döyüş hazırlığı vəziyyətinə gətiriliblər. Əməkdaşlarımızın verdiyi məlumata görə, dəbilqəli, dəyənəkli polislər 12 avtobusa doldurulub və onlar 3 saat keşik çəkiblər. Avtobuslarda aksiyanın qarşısını almaq üçün müxtəlif qurğular, gözyaşardıcı qaz və başqa ləvazimatlar gətirilib. Ərazidə Nəsimi Rayon Polis İdarəsinin rəis müavini Süleyman Nemətov da var idi.

Təhsil Nazirliyinin qarşısında yaranmış ajiotaj saat 13:30-da səngiyib, polislərin əsas qüvvələri və jurnalistlər çəkilib gediblər. Qeyd edək ki, ötən il olduğu kimi, ötən ay da bir qrup dindar Təhsil Nazirliyinin qarşısında gözlənilməz və icazəsiz aksiya keçirmişdilər. Polis qüvvələri kütləvi həbslər aparmışdı. Dindarlar təhsil müəssisələrində hicablı şagirdlərin istədikləri kimi geyinmələrinə şərait yaradılmasını tələb edirlər.

Dindarlar təhsil müəssisələrində hicablı şagirdlərin istədikləri kimi geyinmələrinə şərait yaradılmasını tələb edirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR