Vaşinqton “kilsələr müharibəsi”ndə Ukraynanın yanında olacağını vəd etdi

Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ-ın beynəlxalq dini azadlıqlar üzrə xüsusi səfiri Samuel Braunbeklə görüşdə Ukrayna müstəqil pravsoslav kilsəsinin yaradılmasını müzakirə edib.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, Poroşenko Ukrayna avtokefal (müstəqil) pravoslav kilsəsinin qurulması yolunda atılan addımlarla tanış edib və ABŞ-a bu məsələdə göstərdiyi yardıma görə təşəkkürünü bildirib.

ABŞ səfiri Braunbek də öz növbəsində Birləşmiş Ştatların Ukraynanın suverenliyinin və ərazi bütövlüyün bərpa edilməsi, habelə Ukraynanın vahid kilsəsinin təsis olunması yolunda hər cür yardım göstərəcəyini söyləyib.

Onu da qeyd edək ki, Ukryana Pravoslav Kilsəsi Rusiya Pravoslav Kilsəsinin tərkibində fəaliyyət göstərir. Lakin Rusiyanın Ukrayna torpaqlarını işğal etməsindən sonra ölkə Moskva ilə dini-mənəvi bağlarını da qorumaq istəyir. Bu məqsədlə Ukrayna artıq İstanbul patriarxına müvafiq müraciət edib. (Ukrayna kilsəsinin avtokefaliyası İstanbul patriarxlığı tərəfindən tanınmalıdır-red.).

Картинки по запросу украина автокефалия

I Varfolemey

Ukrayna tərəfi prezident səviyyəsində İstanbul patriarxı I Varfolemeyə Ukrayna kilsəsi ilə bağlı tomos (qərar) verməsini istəyib. Pravoslav kilsəsinin İstanbulda keçirilən Sinaksisi (ümumi yığıncağında) Varfolemey Ukraynadakı parçalanma ilə bağılı yaranan böhranın həllini öz üzərinə götürdüyünü bəyan edib. Patriarx Rusiyanın Ukraynanın indiki vəziyyəti ilə bağlı məsuliyyət daşıdğını vurğulayıb və həmin problemin öhdəsindən gələ bilmədiyini bildirib.

İstanbul patriarxı bununla bağlı olaraq Ukraynadakı böhranı həll etmək və müstəqil kilsənin qurulması üçün Kanada və ABŞ-dan iki ekzarx (nümayəndə) göndərib.

Moskva patriarxılığı isə olanlara olduqca sərt reaksiya verib. Patriarxlığın sözcüsü Nikolay Leqoyda mətbuata verdiyi açıqlmada İstanbulun belə bir qərar almasının mümkün olmadığını, nəticədə Rusiya pravoslav kilsəsinin İstanbul patriarxlığı ilə əlaqəsini kəsə biləcəyini bildirib.

Bütün bu məsələlərin oktyabrın 9-11-də keçriləcək pravoslav kilsələrinin sinodunda (yığıncaq) öz həllini tapacağı gözlənilir.

Musavat.com

12.09.2018 17:52
709