İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Rusiya qazını Avropaya ötürən yeganə ölkə olacaq

959 24.04.2024 12:21 İqtisadiyyat A A

Ukrayna “Qazprom”la tranzit müqaviləsini uzatmaq istəməsə, Türkiyə Rusiya qazının Avropaya yeganə ötürücüsü olacaq.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin “TBNG” neft-qaz şirkətinin baş direktoru Sinan Furat “Milliyet” qəzetinə danışıb.

O xatırladıb ki, “Qazprom” ilə Ukraynanın “Naftoqaz” şirkəti arasında mövcud tranzit müqaviləsi 2024-cü ilin sonunda başa çatır:

“İndiyədək Rusiya qazının Avropaya ixracının təxminən yarısı Ukrayna vasitəsilə həyata keçirilib. Ötən ilin ikinci yarısında Rusiya qazının 48 faizi Ukrayna, 52 faizi Türkiyə üzərindən nəql olunub. Ukrayna ilə tranzit müqaviləsinin uzadılmadığı təqdirdə Avropaya nəql Türkiyə vasitəsilə həyata keçiriləcək”.

Furat Türkiyənin şimal-qərbində Trakya bölgəsində qaz mərkəzi (qaz qovşağı) açmaq planlarını da xatırladıb:

“Bu qaz təchizatı mərkəzi Trakiyada yaradılarsa, Rusiya qazı Türkiyə vasitəsilə Avropaya və digər bölgələrə gedəcək. Trakya enerji bazasına, Türkiyə isə Avropanın ən böyük qaz tədarükçüsünə çevriləcək. Qaz mərkəzinin 2024-cü ilin ikinci yarısında və ya ən gec 2025-ci ilin birinci yarısında açılacağını gözləyirik”.

Eyni zamanda Türkiyə Sənayeçi və İş Adamları Müstəqil Dərnəyinin enerji şöbəsinin rəhbəri Altuğ Karataş qaz qovşağının infrastrukturunun yaradılmasının 3 ilə qədər vaxt aparacağını qeyd edib:

“Bizə Trakyada qaz mərkəzinin infrastrukturun bir hissəsi hazırdır. Digər hissəsinin qurulması üçün 2-3 il vaxt lazımdır. Bundan əlavə, Rusiya əlavə qaz kəməri çəkməyə hazır olduğunu bəyan edib. Bunun üçün də ən azı 3 il lazımdır”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR