İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Sabiq baş pediatr Nəsib Quliyev ÖZÜNÜ GÜLLƏLƏDİ

3909 24.04.2024 14:17 Hadisə A A

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin ölümü ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də Abşeron rayonu ərazisində yerləşən yaşadığı evdə özünü odlu silahdan atəş açaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbləri tam, hərtərəfli və obyektiv araşdırılmaqla müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Nəsib Quliyev evində ov tüfəngi ilə özünü güllələyib. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb edilib.

Qeyd edək ki, Nəsib Quliyev uzun müddət Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin baş pediatrı olub. Həmçinin ATU-nun I uşaq xəstəlikləri kafedrasının professor-məsləhətçisi vəzifəsində çalışıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR