İnsanlara hürriyət, millətlərə istiqlal!

Qazaxıstanda təyyarə istehsal olunacaq

1077 19.04.2024 19:03 İqtisadiyyat A A

Almaniyanın “Flight Design” şirkəti Qazaxıstanın “Virage” şirkətlər qrupu ilə birlikdə Almatıda ultra yüngül CT seriyalı təyyarələrin istehsalına başlayacaq.

Musavat.com xəbər verir ki, bu barədə “Qazax İnvest” milli şirkəti məlumat yayıb.

“Flight Design” şirkətinin baş direktoru Daniel Günterin sözlərinə görə, təyyarə istehsalı layihəsi Almatıdakı azad iqtisadi zonanın ərazisində “Virage” şirkətlər qrupu ilə həyata keçirilir. Şirkətdən bildirilib ki, istehsal olunacaq təyyarələr yerli və xarici bazarlarda satılacaq.

“Flight Design” GMBH 1988-ci ildə əsası qoyulmuş yüngül, ikiyerlik idman təyyarələrinin Alman istehsalçısıdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR