İnsanlara hürriyət, millətlərə istiqlal!

Qaynatasını döydüyü deyilən dünya çempionu ilə bağlı yeni faktlar: “Uşağının gözü önündə…” – FOTOLAR

3660 12.09.2018 18:40 Qalmaqal A A

Sentyabrın 1-də 5 qat dünya çempionu Ehram Məcidov qayınatasının yaşadığı ünvana gedərək, aralarında yaranan ailə-məişət münaqişəsi zəminində onu döyməsi barəsində məlumat vermişdik.

Məlumatda qeyd edilirdi ki, idmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.

Minval.info xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Binəqədi Rayon Polis İdarəsi tərəfindən həbs olunan 5 qat dünya çempionu Ehram Məcidovun hüquqlarının müdafiəsi ilə bağlı mətbuat konfransı keçirilib.

Mətbuat konfransı İsrail-Azərbaycan hüquq mərkəzinin, “Khojaly Global Promotion”un şirkətinin və “Neftçi” İSM-nin dəstəyi ilə təşkil olunub. Tədbirdə çıxış edənlər Ehram Məcidovun necə vətənpərvər, idmançı olmasından, vətən qarşısındakı xidmətlərdən danışıblar.

İsrail-Azərbaycan hüquq mərkəzinin rəhbəri, Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin hüquq eksperti İsmayıl Zalov Ehram Məcidovun həbs olunmasının qanunsuz olduğunu bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, kimliyindən asılı olmayaraq, hər bir valideyinin övladları ilə görüşmək hüququ var: “Ehram Məcidov 3 ilə yaxın bir müddətdir ki, həyat yoldaşından ayrılıb. Onun azyaşlı 2 övladı var. Məhkəmənin çıxardığı qərara əsasən, uşaqlar anada qalmalı imiş və ata ilə görüşə icazə verilmirmiş. Lakin Ehramın bu məsələ ilə bağlı kassasiya şikayəti sonradan təmin olunub.

Belə ki, Ali Məhkəmə övladların ata ilə görüşünə icazə verib. 4-5 gün əvvəl Binəqədi Rayon İcra Nümayəndəliyində ata və övladları arasında görüş baş tutub. Orada Ehram övladlarının gözü qarşısında keçmiş qayınatası tərəfindən təhqir olunub. Ehram da təhqirlərə dözə bilməyib, bir-birlərini itələyiblər. Sonradan həmin insanlar Ehramdan polisə şikayət ediblər.

Deyirlər ki, guya Ehramın üzərində soyuq silah hesab edilən beşbarmaq olub, yalandır. Ancaq Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanıb və dünya çempionu məhkəmənin qərar ilə təqsirləndirilən şəxs qismində həbs edilib, Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb”.

Qeyd edək ki, Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru da şahid kimi dindiriblər. O da Ehramın təhqir olunduğunu bildirib. E.Məcidov “Khojaly Global Promotion”un və İsrail-Azərbaycan hüquq mərkəzinin idman departamentinin rəhbəridir. O, 2 ay 28 gün müddətinə saxlanılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR