İnsanlara hürriyət, millətlərə istiqlal!

Prokuror Təranə Qumralın yalnız cərimələnməsini tələb edib

1504 09.08.2018 21:07 Qalmaqal A A

“Bu gün Nərimanov Rayon Məhkəməsində müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə iclası keçirildi. Məhkəmədə prokuror müğənninin həbsi əvəzinə 4 min manat cərimə olunmasını istədi”.

Bu sözləri müğənni Nazəninin prodüseri Pərvin Abbasov musavat.com-a açıqlamasında bildirib.

Prodüserin sözlərinə görə, qarşı tərəf dəfələrlə heç bir zaman üzr istəməyəcəyini və məhkəmənin qərarını icra etməyəcəyini bildirib: “Həmçinin televiziya kanallarında da bu fikri ifadə edir. Bugünki məhkəmə iclasında isə prokuror onun həbsi əvəzinə yalnız 4 min manat cərimə olunmasını istədi. Halbuki, T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmək) maddəsi ilə cinayət işi başlanılıb. Lakin 5 aydır ki, bu qərar icra edilmir”.

Prodüserin sözlərinə görə, məhkəmənin növbəti iclası avqustun 21-nə təyin edilib.

Xatırladaq ki, müğənnilər arasında qalmaqal hazırda bağlanmış ANS TV-nin “Bazar səhəri” verilişində başlayıb. Belə ki, N.Salayeva canlı efirə zəng edərək, T.Qumrala “Səni ərimlə tutdum” deyib.

T.Qumral isə öz növbəsində N.Salayevanın barəsində xoş olmayan ifadələr işlədib. Buna görə də Nazənin məhkəməyə müraciət edib. Nazənin məhkəmədə həyat yoldaşının müğənni T.Qumralla intim münasibətinin olduğunu sübut edib.

Məhkəmənin qərarı ilə T.Qumral N.Salayeva və onun həyat yoldaşı Məhəbbət Həsənovdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir.

Lakin T.Qumral məhkəmə qərarlarını icra etmədiyi üçün barəsində Cinayət Məcəlləsinin 306.1-ci (məhkəmə qərarını icra etməmək) maddəsi ilə cinayət işi başlanılıb.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR