Polşalı futbolçu yol qəzasında ölüb

Polşanın "Stal" klubunun futbolçusu Kristian Popela yol qəzasında ölüb.

"Report" xəbər verir ki, bu barədə 20 yaşlı gənc hücumçunun sabiq komandası - İtaliyanın "Kalyari" klubu məlumat yayıb.

O, hərəkətdə olarkən idarəetməni itirərək avtomobilini hasara çırpıb.

Qeyd edək ki, Kristian Popela 2016-cı ildə İtaliyanın "Kalyari" klubunun gənclər komandasında çıxış edib.

10.09.2018 22:44
402