İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Rusiyadakı səfirini dəyişə bilmir

1187 11.04.2024 20:43 Gündəm A A

Məlumatlı mənbələr iddia edir ki, Arutyunyan  diplomatik vəzifədən geri çağırılacağı təqdirdə  təqdirdə Ermənistana qayıtmayacaq, Rusiya vətəndaşlığı alacaq 

Kremldən İrəvan hakimiyyətinə ünvanlanan  son bəyanatlar Ermənistanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində olan Vaqarşak Arutyunyanın yerinə namizəd axtarışlarını gücləndirib. Qərbyönümlü partiyaların rəhbərliyinin təmsil olunduğu parlamentdənkənar koalisiya Arutyunyana qarşı hücumları daha da artırıb.   

 Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin spiker Alen Simonyanı yalançı adlandırmasından sonra bu mövzuda gərginlik daha da artıb. İrəvanda hesab edirlər ki,  Rusiya səfiri XİN-ə çağırılmalı, 24 saat ərzində ölkəni tərk etmək tələbi ilə etiraz notası təqdim edilməli idi.  “Respublika Naminə” partiyasının sədr müavini  Ruben Mehrabyan daha irəli gedərək, Arutyunyanın rəhbərlik etdiyi Rusiyadakı səfirliyi “parazit”  adlandırıb və bağlanmasına çağırıb. 

Mətbuat isə zamanında Paşinyana general Vaqarşak Arutyunyanı hansı xidmətlərinə görə Moskvaya səfir göndərməsinin susqunluqla qarşılandığını yada salır,   xüsusilə  Qərbə bağlılığı olan partiyaların indiki fəallığını təsadüfi hesab etmir.

Məlumatlı mənbələr iddia edir ki, Arutyunyan  diplomatik vəzifədən geri çağırılacağı təqdirdə  təqdirdə Ermənistana qayıtmayacaq, Rusiya vətəndaşlığı alacaq.

Bunlara rəğmən, Paşinyan hökuməti səfir postuna namizəd azxtarışını davam etdirir. Bildirilir ki,  Paşinyan hətta öz qiymətləndirməsində belə(özü də rus dilində yaxşı danışa bilmir) rus dilini tam bilməyən bir neçə nəfərin namizədliyini  artıq rədd edib.  Yeganə istisna baş nazirin aparat rəhbəri Arayik Arutyunyandır, lakin onu  indiki həssas məqamda səfir olmağa razı salmaq problemli görünür. 

Hakim elita ilə Rusiya  arasında münasibətlər artıq açıq qarşıdurma mərhələsinə qədəm qoyub və yeni siyasət yeni diplomatiya və yeni səfir tələb edir. Problem ondadır ki, Rusiya Xarici İşlər Nazirliyi də yeni təyin olunan şəxsin namizədliyini qəbul etməlidir. Bundan əlavə, Rusiya isteblişmenti Vaqarşak Arutyunyandan kifayət qədər razıdır.  

l-0x89wh-1600x932z-0.4913.jpeg (296 KB)

Qeyd edək ki, V.Arutyunyan 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub. 2019-cu ilin avqustunda Ermənistan Prezidenti Armen Sərkisyan sələflərindən biri Robert Köçəryanın Arutyunyanı general-leytenant rütbəsindən məhrum edən qərarını ləğv edib.

Xatırladaq ki, Köçəryan keçmiş naziri "Ali zabit hərbi rütbəsini və şərəfini ləkələyən hərəkətlərə görə" general rütbəsindən 2002-ci ilin 22 iyun tarixində məhrum etmişdi.

Arutyunyan 2000-ci ildə istefa verəndən sonra ölkə rəhbərliyinə müxalif mövqe tutub. 2020-ci ilin avqustunda isə o, baş nazir Nikol Paşinyanın baş müşaviri, həmin ilin noyabrında isə müdafiə naziri təyin olunub.

Arutunyan 2021-ci ilin iyul ayında müdafiə naziri vəzifəsindən gedib.

Musavat.com     

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR