İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan “Köçəryan məsələsi”nin Putinlə müzakirə olunduğunu etiraf etdi: "Bütün məsələlər ələ alınıb"

2042 10.09.2018 00:37 Siyasət A A

Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin Ermənistanın ikinci prezidenti Robert Köçəryanın məsələsini müzakirə ediblər.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Paşinyan jurnalistlərə “Tavuş uğruna mənim addımım” adlı investisiya konfransının gedişində məlumat verib.

“Qarşılıqlı maraq kəsb edən bütün məsələlər ələ alınıb”,- erməni baş nazir jurnalistlərin konkret Robert Köçəryanla bağlı sualına cavab verərkən bildirib.

Bundan başqa Nikol Paşinyan Ermənistanın keçmiş baş naziri Ovik Abramyana irəli sürülən ittiham və onun “Facebook”da hazırkı iqtidara yönəlik tənqidləri ilə bağlı fikrini bildirib.

Paşinyan Abramyanla bağlı hadisə haqqında mətbuat vasitəsilə xəbər tutduğunu deyib: “Əgər hüquq mühafizə orqanları ona qarşı rəsmi ittiham irəli sürmüşsə bunu üçün yəqin ki, əsasları vardır. Çünki mənim təhqiqat orqanlarında çalışmaq istəyən namizədlər qarşısında öncəki şərtim onların 100% qanuna əməl etmələri və özlərini siyasətdən kənar tutmaları olub”

Qeyd edək ki, Ermənistanın keçmiş baş naziri Ovik Abramyana vəzifə səlahiyyətlərini aşmaq və qeyri-qanuni surətdə sahibkarlıqla məşğul olmaq cinayətləri ilə əlaqədar ittiham irəli sürülüb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR