İnsanlara hürriyət, millətlərə istiqlal!

Maşın bazarındakı yanğın söndürülüb - RƏSMİ FOTO VİDEO YENİLƏNİB

2958 13.04.2024 16:26 Hadisə A A

Bakı şəhərinin Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın nəticəsində ümumi sahəsi 400 kv.m. olan bir dam altında tikilmiş 32 ədəd müxtəlif təyinatlı mağazalardan 4 ədədi 48 kv.m. sahədə yanıb.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, digər mağazalar yanğından mühafizə olunub.

***

Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidəki yanğının geniş sahəyə yayılmasına imkan verilməyib.

Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Maşın bazarı”ndakı yanğın qısa müddətdə tam söndürülüb.

***

Babək prospektində fəaliyyət göstərən maşın bazarında yanğın baş verib.

Musavat.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hazırda ərazidədir, yanğını söndürməyə cəhd edirlər. 

Musavat.com görüntüləri təqdim edir:

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR