İnsanlara hürriyət, millətlərə istiqlal!

“Formula 1” üzrə Azərbaycan Qran-prisində 6 pilot yarışı tərk etdi - YENİLƏNİR (FOTOLAR)

3018 29.04.2018 17:43 Formula #1 A A

Romen Qrojanın (Haas komandası) da bilodunda texniki problem yaşandı və beton səddə çırpıldı. Onun bilodu trassdan evakuasiya olundu.

Bununla da final yarışı tərk edən pilotların sayı 6-ya yüksəkdi. Gərgin mübarizənin sonu yaxınlaşır.

***
Yarışda növbəti dəhşətli qəza yaşandı. "Red Bull" pilotlarının mübarizəsi onların yarışı tərk etməsi ilə nəticələndi Ferstappenin səhv trayektoriyası Rikkiardonu çaşdırdı və onlar toqquşdular. 

Təhlükəsizlik maşını trasa girir. Yarışı Bottas lider kimi davam etdirir.

***
Yarışmada ilk üçlük dəyişdi. 

Fettel birinciliyi   Bottasa uduzdu. Hazırkı nəticəyə görə Bottas birinci, Fettel ikinci,  "Mercedes" komandasının pilotu Lyuis Hamilton isə üçüncüdür. "Renault" komandasını  pilotu Hülkenberqin bolidinin təkəri partladığı üçün yarışı tərk etməli olub.

Bununla da artıq yarışdan üç pilot kənarlaşmış olur.

***
“Formula 1” üzrə Azərbaycan Qran-prisində gərgin mübarizə davam edir.

Hazırkı nəticəyə görə Fettel  birinci, Hamilton ikinci, Bottas üçüncüdür. Sayns güclü hücumlar edir və Ferstappeni keçir. Arxasında Helkenverq gəlir.

***
Bakı şəhərində “Formula 1” üzrə Azərbaycan Qran-prisi start götürüb.

Musavat.com xəbər verir ki, Hökumət Evinin qarşısından başlayan 51 dövrəlik yarış 120 dəqiqə sürəcək.

Yarışın ilk dəqiqələri qəzalarla yadda qalıb. Belə ki, Esteban Okon ("Force India" komandası) və ardınca Sergey Sirotkin ("Williams" komandası) qəza törədərək, yarışı dayandırıblar.  Fernando Alonsonun sağdakı hər iki təkəri sıradan çıxsa da, pilot peşəkarlıq göstərərək bolidi pitstopa çatdıra bildi. 

Qeyd edək ki, Finalda poul mövqedə dünən təsnifat yarışını birincə bitirmiş "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel start götürüb. 

Əli Rais
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR