İnsanlara hürriyət, millətlərə istiqlal!

Əskiparaya gedən yol BAĞLANDI: bu gündən etibarən NƏLƏR OLACAQ? – Üzeyir Cəfərovla CANLIda

684 23.04.2024 11:28 Ölkə A A

Ermənistan polisi Bağanis-Ayrımdan Əskiparaya (Voskepar) gedən yolu bağlayıb. Kənd sakinləri yolun açılmasını tələb edirlər.

Bu barədə erməni mətbuatı məlumat yayıb.

Sakinlər bildiriblər ki, artıq bu ərazidə ölçmə və Bağanis Ayrıma bitişik, Bağanisdən Əskiparaya gedən yolun çatdırılması üçün hazırlıq işləri aparılır.
Erməni mətbuatının məlumatına görə, artıq bu gündən etibarən faktiki olaraq Bağanis Ayrım ərazisində demarkasiya işləri aparılıb və erməni avtomobillərinin bu yolda hərəkət etmək hüququ yoxdur.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert ÜzeyİR Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR