İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan parlamentində delimitasiya iclası: Referendum...

627 10.04.2024 11:13 Gündəm A A

Ermənistanda referendumun keçirilməsi zəruridir.

"Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu tələblə müxalifət çıxış edib.

Məlumata görə, aprelin 9-da parlamentdə sərhədlərin delimitasiyası ilə bağlı qapalı iclas kifayət qədər gərgin keçib: "Xarici işlər naziri Ararat Mirzoyan baş nazir Nikol Paşinyanın təklif etdiyi tezisləri inadla müdafiə edərək xüsusilə fəallıq nümayiş etdirib".

“Baş nazirin müavini Mger Qriqoryan daha konstruktiv olub. O qeyd edib ki, yenidən belə bir görüşdə iştirak etməyə hazırdır. Sərhədin delimitasiyası ilə bağlı işlərin nə vaxt başlayacağı və hansı xəritələrin əsas götürüləcəyi hələ dəqiq bilinmir”, - məlumatda qeyd olunub. İddia olunur ki, müxalifət referendum olmadan delimitasiya prosesinin reallaşmasına qarşı çıxıb.

Qeyd edək ki, aprelin 9-da Ermənistan Milli Assambleyasında müxalifətin təşəbbüsü ilə sərhədin delimitasiyası və demarkasiyası məsələlərinə həsr olunmuş qapalı iclas keçirilib. Əsas çıxış edənlər xarici işlər naziri A.Mirzoyan və M.Qriqoryan olub.\\"Report" 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR