İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksandr Litvinenko ilə bağlı ŞOK fakt yayıldı: Görün harada təhsil alıb

1878 27.03.2024 10:56 Dünya A A

“Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi Aleksandr Litvinenkonun tərcümeyi-halında Rusiya xüsusi xidmət orqanları ilə bağlı bir “maraqlı detal” var”.

Bu barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının rəhbəri Vladimir Roqov bildirib.

Xatırladaq ki, bir gün əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Aleksey Danilovu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edib. Əvəzində bu vəzifəyə əvvəllər Xarici Kəşfiyyat Xidmətinin rəhbəri vəzifəsində çalışmış Litvinenko təyin edilib.

“Litvinenko vaxtilə Moskvada Rusiya Federasiyası FSB (o zaman FSK) Akademiyasının Kriptoqrafiya, Rabitə və İnformatika İnstitutunu bitirib”, - Roqov qeyd edib.

O, Litvinenkonun Rusiya Federasiyasında təhsil aldığını və Rusiya xüsusi xidmət orqanlarının şanlı ənənələrini mənimsədiyini, lakin sonradan Kiyev rejiminə sədaqət andı içdiyini açıqlayıb. (Publika.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR