İnsanlara hürriyət, millətlərə istiqlal!

25 il yuxu, 5 il yeyib-içmək, 5 ay intim münasibət – ömrümüz nəyə sərf olunur?  

6367 20.12.2023 12:28 Maraqlı A A

Dünyanın əksər ölkələrində hər ilin sonunda statistika qurumları il ərzində doğulanlar, vəfat edənlər, nikaha girənlər və nikahını rəsmi pozanlar, əhalinin gəlir və xərcləri və digər bu kimi rəqəmləri açıqlayır. Bu rəqəmlərin hamısının arxasında insan faktoru dayanır.

Maraqlıdır, bəs insan özü bu doğumlar və ölümlər arasında vaxtını nəyə sərf edir?

Yaşanan illərin nələrə sərf olunduğuna nəzər yetirsək, belə qənaətə gələrik ki, dünyanın demək olar ki, bütün insanları öz ömürlərini təxminən eyni məşğuliyyətlərə, eyni işlərə, eyni vərdişlərə sərf edirlər.  

Faktlara nəzər yetirək, orta hesabla 70 il yaşayan insan ömrünü nələrə, hansı işlərə xərcləyir?

Əgər insan sutka ərzində 8 saat yatırsa, bu o deməkdir ki, o, ayın 240 saatını, ilin 2880 saatını, yəni 120 gün, bütövlükdə ömrünün 25 ilini yatmağa sərf edir. Hələ onu nəzərə almırıq ki, bir çox insanlar 8 saatdan artıq, 10-12 saat yatırlar.

a7pNJHxaHf1O7rEv5IFB7yWvZrMJThwAbpAEaoVG.jpg (68 KB)

Müasir insan oyaq vaxtı, yəni yuxudan kənar 16 saatın təxminən yarısını telefon danışığına, televizora baxmağa, kompüter qarşısında əyləşməyə sərf edir. Bu vaxt sərfiyatı isə ömrümüzün təxminən 20 ilini əlimizdən alır. Bu rəqəm bəzi insanlarda daha böyükdür. Çünki elə insanlar var ki, onlar sutkanın yarısından çoxunu monitor qarşısında əyləşirlər.

Orta hesabla insanın ömrünün 4-5 ili qidalanmaya, yeməyə və içməyə gedir. Bu rəqəm fərqli də ola bilər. Çünki elələri var ki, vaxtını çox böyük səxavətlə restoran və kafelərdə yeyib-içməyə, çayxanalarda çay içməyə sərf edir.

Ömrün 2-3 ilini insan şəxsi gigiyenasına və sağlamlığına sərf edir. Bu vaxta həkim müayinəsinə getmək, apteklərdən dərman almaq, diş fırçalamaq, vanna qəbul etmək, xəstəxanada müalicə almaq, sanatoriya və pansionatlarda istirahət etmək daxildir.

имс.jpg (64 KB)

Böyük şəhərlərdə yaşayan avtomobil sahibləri öz ömürlərinin 2 ilə yaxın bir vaxtını özlərindən asılı olmayaraq tıxaclarda dayanmağa sərf edirlər. Svetoforlarda yaşıl işığı gözləməyə isə sürücülərin ümumilikdə 20-30 günü gedir.

Şəxsi, yaxud xidməti avtomobili olmayanlar ömürlərinin təxminən 1 ayını ictimai nəqliyyatı gözləməyə sərf edirlər. Əgər gözlədikləri nəqliyyat vasitəsi vaxtlı-vaxtında gəlirsə.

Alış-veriş etmək də ömrümüzdən az kəsmir. Dükan-bazarda kişilər ömrünün 2 ilini, xanımlar isə 3 ilini keçirirlər. Bu rəqəm şopinq azarkeşlərinə, xüsusilə kaprizli xanımlara aid deyil.

Siqaret çəkənlər vaxt baxımından öz ömürlərinə ikiqat zərbə vururlar. Bu xoşagəlməz vərdişlə onlar həm ömürlərini qısaldır, həm də buna görə 160 gün vaxt sərf edirlər.

spat-v-odnoy-krovaty-polezno-dlya-zdorovya-shutterstock-68993014-1.jpg (74 KB)

Xanımlar gözəl görünməkləri naminə vaxt itirməkdən çəkinmirlər. Zərif cinsin nümayəndələri bəzənmək üçün ya salonlarda, ya da evlərində ömürlərinin 135 gününü qurban verirlər.

Xanımların bəzənməyə itirdikləri vaxtı kişilər üz qırxmağa sərf edirlər. Saqqal saxlayanları nəzərə almasaq, bu iş üçün kişilərə 70 il ərzində 115 gün vaxt lazımdır.

Vaxtımızı amansızcasına alan məsələlərdən biri də banklarda, marketlərdə, idarələrdə və s. gözlədiyimiz növbələrdir. Növbələr ömrümüzün düz 6 ayına şərik olurlar.

Mənzilin təmizlik işlərinə, yır-yığışa, səliqə-sahmanına qadınlar könüllü, yaxud qeyri-könüllü ömürləri boyu təxminən 3-4 il vaxt sərf edirlər. Bu səliqəsiz və pinti qadınlara aid deyil.

Elə düşünməyin ki, qadınlar mənzili yığışdıranda kişilər istirahət edirlər. Kişilər eyni vaxtı bağ-bağçaya, mənzil və avtomobil təmirinə sərf edirlər. Bəziləri isə ev işlərində xanımlarına kömək edirlər.

Nəhayət, kişi ilə qadının birlikdə sərf etdiyi vaxt da var. Bu, intim münasibətlərdir. Hər bir insan orta hesabla ömrünün təxminən 4-5 ayını intim münasibətlərə sərf edir.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR