İnsanlara hürriyət, millətlərə istiqlal!

15 il işləyə bilən elektromobil akkumulyatorları İSTEHSAL EDİLDİ

2280 31.03.2024 20:11 Texnologiya A A

 Akkumulyatorların istifadə müddəti avtomobil alıcılarını getdikcə daha çox maraqlandırır və hətta narahat edir. 

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Çinin akkumulyator nəhəngi CATL 15 il və 1,5 milyon kilometr zəmanətlə elektrik avtomobilləri üçün davamlı akkumulyator istehsal edib.

Bu yeni akkumulyator növü avtobuslar, furqonlar və ağır yük maşınları da daxil olmaqla müxtəlif nəqliyyat vasitələrində tətbiq olunacaq.

Məlumata görə, 2011-2023-cü illər arasında yolda olan 15 mindən çox nəqliyyat vasitəsi üzərində aparılan araşdırmada akkumulyatorların təxminən 1,5 faizinin dəyişdirildiyi müəyyən edilib. Problemlərin böyük əksəriyyəti köhnə avtomobillərdə (2015-ci ildən əvvəl) baş verir.

Son illərdə əldə edilən irəliləyiş sayəsində bu dəyişikliklər getdikcə azalacaq və dəyişdirilən batareyalar təkrar emal prosesinə girəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR