Свобода людям, независимость нациям!

Çarəsizsiniz? Çarə sizsiniz!

Gündəlik həyatında qarşısına çıxan çətinliklərdən daima giley-güzar edən adamlarla yəqin ki, siz də qarşılaşırsınız.

Bir çox halda öz əzmsizliyinə min bir bəhanə axtaranlar, yaranmış problemi həll etmək əvəzinə, problemlə yaşamağa özlərini öyrəşdirirlər.
Bu isə onlarda çarəsizliyi bir vərdiş halına gətirir.

Axı, hər gün günortaya qədər yatan, günortadan sonranı da deyinməklə keçirən adam hansı uğuru əldə edə bilər?

Əgər çarəsizliyin dərmanı çox yatmaq olsaydı, bütün kəşfləri öncə yuxuda edərdilər.

*

Hindistanda filləri əhilləşdirmək üçün, onları kiçik vaxtından bir zəncirlə hər hansı bir yerə bağlayarlarmış.

Təbii ki, bala fil üçün bu zənciri qırması çox çətindi.Adətən zəncirlə bağlanan fil balası əvvəlcə var gücüylə dartınaraq zənciri bağlandığı yerdən qopartmağa çalışır, lakin buna gücü yetməz.

Dəfələrlə eyni cəhdi edən fil balası zənciri qırıb öz azadlığına qovuşa bilmir.

Nəhayət illər keçir və fil balası böyüyüb, kifayət qədər nəhəng fil olur.

İndi ona bağlanan zəncir sadəcə simvolik xarakter daşıyır, çünki o zəncir onun gücü qarşısında artıq davam gətirə bilməz.
Zənciri qıra biləcək gücdədir fil.

Ancaq, heç bir nəhəng fil ona balacalıqdan bağlanan zənciri qırmağa artıq cəhd göstərməz.

Çünki fil, artıq azadlığa qovuşa bilməyəcəyinə inanmışdır, artıq qırıla bilməyən zəncir deyil, filin inancıdır.

Fil o zənciri qıra bilməyəcəyini hələ kiçiklikdən qəbul etmişdir və bu ölənə qədər, sahibi onu azad edənə qədər davam edəcəkdir.

Buna psixologiyada "Öyrənilmiş Çarəsizlik" (Learned helplessness) deyilir.

*

Qarşımıza çıxan problemlər, əngəllər, həyatımızın bir parçasıdır, mərhələsidir.

Ancaq bilməlisiniz ki, inkişaf etmək istəyən biri, daha çox problemlə üzləşəcək, daha çox səddi keçməli, daha çox pilləkan çıxmalı olacaqdır.

Daha çox rifahın bədəli, daha çox çalışmaq, daha çox əzm göstərməkdir.

Çarə axtarmaq yerinə təslim olmaq, insanın özünə qarşı məğlubiyyətidir. Kifayət qədər ucuz bir məğlubiyyət!

Həyat yolunuzda qarşınıza çıxan maneələri dəf etmək üçün ilk növbədə özünüzə inanmalısınız.

Çarəsizlik sindromundan qurtulmalı, ən böyük çarə siz özünüz olduğunuzu bilməsiniz.

 

Новости автора