İnsanlara hürriyət, millətlərə istiqlal!

Zurabyandan ŞOK ETİRAF: Heç kim Ermənistana hörmət etmir

769 27.02.2024 16:05 Region A A

"Bu kritik mərhələdə uğursuzluqlarımızın, məğlubiyyətlərimizin, uğursuzluqlarımızın kökündə nəyin dayandığını anlamaq vacibdir, nəhayət, böhran içində olduğumuzu, ciddi təhlükəsizlik problemləri ilə üzləşmiş məğlub dövlətimiz olduğunu dərk etməliyik".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Erməni Milli Konqresinin sədrinin müavini Levon Zurabyan yerli “Obyektiv” verilişində bildirib.

"Biz onsuz da çox şey itirmişik, son nəslin əsas uğuru olan Qarabağı itirdik. Kifyət qədər hörmətli olan (?!-red.), müəyyən mənada beynəlxalq siyasətin oyunçusuna çevrilən dövlət qurduq, sonra hər şey əlimizdən çıxdı. İndi biz dərin böhrandayıq: heç kim bizə hörmət etmir, təhlükələr isə yığılmaqda davam edir”, - deyə o söyləyib.

Siyasi təhlillərimiz “ruslar bizə xəyanət etdi, fransızlar bizi sevir, biz isə fransızları sevirik, türklər bizə nifrət edir” səviyyəsindədir, ən vacib sualı tamamilə unuduruq: hara gedirik?! Buna görə də biz bu vəziyyətdəyik. Ermənilər çox uğurla manipulyasiya edilir”, - deyə Zurabyan etiraf edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR