İnsanlara hürriyət, millətlərə istiqlal!

Zlatan: "Ümid edirəm ki, Messi üçün mundialı qazanarlar"

556 08.12.2022 17:15 İdman A A

İsveç millisinin üzvü və "Milan"ın futbolçusu Zlatan İbrahimoviç Argentinanın DÇ-2022-nin qalibi olacağına ümid edir.

Qol.az "TyC Sports"a istinadən xəbər verir ki, bu barədə 41 yaşlı hücumçu özü açıqlama verib. O, "Barselona"dakı sabiq komanda yoldaşı, Argentina millisinin üzvü Lionel Messiyə görə bu yığmanın mundialı qazanmasını istədiyini bildirib: "Ümid edirəm ki, Argentina Messi üçün düny çempionatını qazanar".

Qeyd edək ki, Zlatan və Messi 2009-2011-ci illərdə "Barselona"da birgə çıxış ediblər.

Əlavə edək ki, Argentina millisi DÇ-2022-nin 1/4 final matçında Niderland ilə qarşılaşacaq. Oyun dekabrın 9-da keçiriləcək.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR