İnsanlara hürriyət, millətlərə istiqlal!

Zirzəmidə yatan yetim böyüdü, Nürnberq prosesində ittihamçı oldu – Zoryanı oteldə niyə öldürdülər?

6149 18.04.2022 14:45 Yaxın tarix A A

Uşaqlıq illərindən valideyn himayəsindən məhrum olmasına, uşaq evində böyüməsinə baxmayaraq, o, gələcək həyatını qurmaq üçün bütün cətinliklərə tab gətirib. Nikolay Zorya ən ağır şəraitlərdə belə təhsil almağını düşünərək özünü uşaq əyləncələrindən məhrum edib, kitablara, oxumağa üstünlük verib. Neçə illərin əziyyəti hədər getməyib. Zorya 16 yaşında Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.

1907-ci ildə Kiyevdə anadan olan Nikolay Zorya anasını erkən yaşlarında itirib. Atasını isə ümumiyyətlə görməyib. Anasının ölümündən sonra bir müddət qohumların himayəsində qalıb. Qohumlardan heç bir qayğı və diqqət görməyən Zorya uşaq evinə müraciət edib. Ondan valideynləri haqqında sənədlər tələb olunanda atası haqqında məlumatlı olmadığını bildirib. Məhz bu səbəbdən Zoryanı uşaq evinə qəbul etməyiblər. Beləliklə, heç yerdə özünə sığınacaq tapmayan Zorya bir müddət zirzəmilərdə, yarımçıq tikililərdə yaşayıb. Nəhayət, keçmiş qonşularından biri, gimnaziyada işləyən Sergey Pavliçenko müvafiq qurumlara müraciət edərək Zoryanın uşaq evinə götürülməsinə nail olub.

0cd05e02446183a2fc3d209411c94252.jpg (67 KB)

Zorya Moskva Dövlət Universitetində təhsil alanda universitetin rektoru Andrey Vışinskinin diqqətindən yayınmayıb. Məhz həmin ərəfədə rektorla tələbə arasında mehriban münasibət yaranıb və bu, gələcəkdə Zoryanın karyerasında böyük rol oynayıb.

Universiteti bitirdikdən sonra Zorya hüquqşünas kimi ilk fəaliyyətinə Pyatiqorsk şəhərində müstəntiq kimi başlayıb. Daha sonra Tambov və Boronejdə işləyib. Moskvaya çağrılıb nəqliyyat prokuroru təyin olunduqdan sonra Zorya elmi işlə məşğul olmaq istəyib. Amma rəhbərlik onun bu sahədə fəaliyyətinə şərait yaratmayıb. Zoryanı baş prokurorun müavini təyin etməklə iş yükünü artıtıb.

“Böyük təmizlik” illərində Zorya mövcud rejimin təhlükələrindən çəkinməyərək xalq düşməni kimi ittiham olunan insanlar haqqında açılan cinayət işlərinin saxta və uydurma olduğunu dilə gətirib və bunun qarşısının alınmasını tələb edib. Bu bəyanatından sonra o, Kremlə çağrılıb. Zoryaya bildirilib ki, bu düşüncədə olan şəxs prokurorluq orqanlarında işləyə bilməz.

afda47a9f2157e26cc14ed6d280abfaa.jpg (103 KB)

Prokurorluq sistemindən ayrılan Zorya 1939-cu ildə qismən səfərbəlik zamanı sıravi kimi hərbi xidmətə yollanıb, sovet-fin müharibəsində iştirak edib. Sovet-alman müharibəsi zamanı isə o, Moskva hərbi dairəsində hərbi prokurorun köməkçisi vəzifəsinə təyinat alıb.

Zoryanın savadlı və bacaarıqlı hüquqşünas olması, bir neçə dil bilməsi nəzərə alınaraq 1943-cü ildə ona yeni vəzifə verilib. O, 44-cü ordunun hərbi prokuroru təyin olunub.

1945-ci ilin oktyabr ayında Zorya Kremlə dəvət olunub. Nürnberq məhkəməsi ilə bağlı Stalinin də iştirak etdiyi müşavirədə Zoryaya bildirilib ki, o, prosesdə SSRİ tərəfindən dövlət ittihamçısının köməkçisi olacaq.

09bc7b2fe4abb34f73c9483affb30c11 (1).jpeg (97 KB)

1945-ci ilin dekabrın 25-də Zorya Nürnberq məhkəməsində iştirak etmək üçün Almaniyaya uçub.
Zorya prosesdə aktivliyi, hüquqşünas kimi bacarığı ilə fərqlənib. Prinsipiallığı ilə seçilən prokuror prosesin ən xırda detallarını belə diqqətindən yayındırmayıb. Bu həssaslıq müttəhimlər kürsüsündə əyləşən nasist rəhbərlərinin də diqqətindən yayınmayıb. Hətta onlar düşünüblər ki, Xatın faciəsinə ayrıca bir cinayət işi kimi baxılsa, Zorya SSRİ-nin nümayəndəsi olmasına baxmayaraq, əsl həqiqətləri söyləməkdən çəkinməyəcək, polşalı zabitlərin “NKVD” əməkdaşları tərəfindən öldürülməsinə aid sənədləri araşdıracaq.

Ancaq Zoryaya prosesdə sona qədər iştirak etmək qismət olmayıb. 23 may 1946-cı ildə 39 yaşlı ədliyyə general-mayoru Zoryanın meyidi Nürnberq mehmanxanasında tapılıb.

Zoryanın müəmmalı ölümünü çox da səs-küyə salmayıblar. Daha dəqiq ifadə etsək, SSRİ buna maraq göstərməyib. Rəsmi olaraq ölümün səbəbi bədbəxt hadisə göstərilib. Zoryanın gicgah nahiyəsində güllə yeri olub. Bunu prokurorun tabel silahını təmizlədikdə bilmədən atəş açmaq kimi əsaslandırıblar.
Prolkurorun ölümü haqqında fərqli versiyalar da səsləndirilib. Birinci versiyaya görə Zorya yatan zaman kimsə ona sui-qəsd edib. İkinci versiya prokurorun intihar etməsi ilə bağlı olub.

274px-Zorya_N_D.png (317 KB)

Əsas versiya isə Zoryanı Stalinin sifarişi ilə öldürülməsidir. Bu versiya belə əsaslandırılıb ki, Stalin Zoryanın Xatın faciəsi ilə bağlı həqiqətləri söyləyəcəyindən ehtiyat edib.

Ailə üzvlərinin təkidlərinə baxmayaraq, Zoryanın nəşinin SSRİ-yə gətirilməsinə də icazə verilməyib. O, Leypsiq şəhərində dəfn edilib.

Bəli, bu günə qədər də Zoryanın ölümü müəmma olaraq qalır. Amma tək bir fakt aydındır ki, Zorya nə intihar edib, nə də silahdan ehtiyatsız davranışının qurbanı olub. 1990-cı illərdən sonra Zoryanın ölümü yenidən araşdırılanda məlum olub ki, prokurprun başına dəyən güllə onun tabel silahının gülləsi olmayıb.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR