İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngilanda 12 sakin işlə təmin edilib - FOTO

892 22.08.2022 13:46 Qarabağ xəbərləri A A

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışın başlanğıcı olan Zəngilanın Ağalı kəndində ilk istehsal müəssisəsi - "Gillmed" tikiş fabrikində 12 kənd sakini işlə təmin edilib.

Musavat.com xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, KOBİA-nın dəstəyilə yaradılmış fabrik işçi sayını 50-yə çatdırmağı, istehsalı artırmağı hədəfləyir.

Xatırladaq ki, fabrikdə müxtəlif tibbi təyinatlı tekstil məhsulları istehsal olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR