İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngilan istiqamətində hücumun ŞOK detalı: avtomobilin ərazidə 2 gün sonra tapılması bundan xəbər verir...

2119 27.05.2023 13:15 Son xəbər A A

Xəbər verdiyimiz kimi, mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Nəticədə Ermənistanın 2 hərbi qulluqçusu saxlanılıb. Azərbaycanda saxlanılan iki erməni diversanta - Harut Hovakimyan və Karen Qazaryana cinayət işi açılıb, onlar istintaqa cəlb edilib.

Hərbi ekspert Ədalət Verdiyev diversantların qoyub qaçdıqları avtomobilin fotolarını paylaşıb.

Diversiya qrupunun Zəngilan istiqamətində (Zəngəzur dəhlizinin olduğu bölgəyə) hücumu təsadüfidirmi?

Həmin 2 diversant son dəfə əsir düşən hərbçilərimizlə dəyişdirilə bilərmi?

Hərbi ekspert Ədalət Verdiyev Musavat.com-a açıqlamasında bildirib ki, diversiya qrupunun qanunsuz olaraq sərhədlərimizi keçmək üçün Zəngilan istiqamətini seçməsi təsadüfi deyil.

edalet.jpg (248 KB)

Ekspertin fikrincə, həmin hissədə son aylarda atəşkəsin pozulmaması erməni tərəfində elə təəssürat yaradırdı ki, orada ayıq-sayıqlıq nisbətən zəif ola bilər və bu istiqamətdən erməni terrorçuları Azərbaycan Respublikasının ərazisinə daxil olmaqla rahat şəkildə ictimai təhlükəsizliyi poza, əhali arasında vahimə yarada, orada xidmət aparan şəxsi heyətin sağlamlığına zərər vura bilərlər:

“Həmin diversantların fəaliyyətləri hazırda hüquq-mühafizə orqanlarımız tərəfindən araşdırılır. Onlar qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluq fəaliyyəti, zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına yönələn hərəkətlər kimi ağır cinayətlərdə ittiham olunurlar. Hesab edirəm ki, biz 2 əsgərimizin qaytarılması üçün fəaliyyətimizi davam etdirəcəyik. Amma sırf bu 2 nəfərin azaraq Ermənistan ərazisinə keçən əsgərlərimizlə dəyişdirilməsi mümkün görünmür. Cinayət işinin araşdırılması tam başa çatmadan onların dəyişdirilməsi mümkün görünmür”.

Ədalət Verdiyevin sözlərinə görə, diversantların istifadə etdikləri avtomobilin ərazidə 2 gün sonra tapılması ondan xəbər verir ki, diversiyada iştirak edən heyətin sayı daha çox olub:

“Sadəcə onlardan 2 nəfəri Azərbaycan sərhədçiləri tərəfindən ələ keçirilib. Həmin avtomobildə başqa silahlar da olub, onların görüntüləri mövcuddur.

diversant.jpg (184 KB)

Diversantların təxribatı Sərhəd Qoşunlarımızın növbədə olan heyətinin ayıq-sayıqlığı nəticəsində mümkün olmadı”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR