İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəlzələdə 10 qohumunu itirdi, Hollandiyada 88 milyon avro ianə topladı - Video

1997 16.02.2023 18:45 Sosial A A



Türkiyədəki güclü zəlzələdə 10 qohumunu itirən türk əsilli müğənni Karsu yaşadığı Hollandiyada rekord məbləğdə ianə toplayıb.

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, fevralın 6-da Türkiyədə baş verən zəlzələ zamanı müğənni Karsunun 10 qohumu Hatay şəhərində dağıntılar altında qalaraq həlak olub. Müğənni ötən gün
zəlzələ bölgəsindəki zərərçəkənlər üçün ianə kampaniyasını keçirib. Nəticədə  88 milyon avro ianə toplanıb. Karsu ekranda 88 milyon avro toplandığını görərək, göz yaşlarını saxlaya bilməyib.

O, bununla bağlı görüntüləri paylaşaraq,
"Təşəkkür edirəm Hollandiya” şərhini yazıb.


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR