İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Türkiyədən BU MƏSƏLƏDƏ dəstək gözlədiyini açıqladı

1323 08.03.2024 22:56 Siyasət A A

Türkiyədə Ukrayna Prezidenti Vladimir Zelenskinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü baş tutub.

Görüşdən az əvvəl Zelenski bildirib ki, Ukrayna Türkiyədən Rusiyadakı əsirlərin azad edilməsində kömək istəyir.

O, X şəbəkəsində etibarlı dəstəyə görə Türkiyəyə minnətdar olduğunu qeyd edib: "Hər iki dövlətimiz, bütün region və qlobal ərzaq təhlükəsizliyi Qara dənizdə naviqasiyanın qeyd-şərtsiz təhlükəsizliyini tələb edir. Biz buna birgə işləməklə nail ola bilərik".

Ukrayna dövlətinin başçısı bildirib ki, Ukrayna Türkiyənin müdafiə şirkətləri ilə ikitərəfli əməkdaşlığı gücləndirməkdə və birgə istehsalatda maraqlıdır:

“Bizim hərbi əsirlərimizin və Rusiyanın əsirliyində olan bütün insanların, o cümlədən Krım tatarlarının azad edilməsində Türkiyənin köməyinə ehtiyacımız var”.

Görüşdən sonra keçirilən mətbuat konfransında R. T. Ərdoğan ölkəsinin Ukrayna və Rusiya arasında sülh danışıqlarına ev sahibliyi etməkdə qərarlı olduğunu bildirib. O, Ukraynalı həmkarı ilə Qara dənizdə hərəkətin təhlükəsizliyi və taxıl sazişini müzakirə etdiklərini deyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR