İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski özünü müttəfiqləri tərəfindən satılmış kimi hiss edir – “Time”

928 30.10.2023 22:07 Dünya A A

20 ay ərzində Rusiyanın işğalçı hücumuna davam gətirən Kiyev üçün xüsusilə yeni çağırışlar fonunda tədricən bu münaqişəyə marağını itirən tərəfdaşlarının diqqətini saxlamaq getdikcə çətinləşir.

Bu barədə “Time” jurnalı Ukrayna prezidenti Volodimir Zelenskiyə həsr etdiyi böyük məqaləsində yazır.

Nəşrin jurnalistlərinə müsahibə verən Zelenski Rusiya-Ukrayna müharibəsinə qlobal marağın azaldığını bildirib. Bu isə Ukraynaya beynəlxalq dəstəyin həcminə təsir edir: “Ən pisi odur ki, dünyanın bir hissəsi artıq Ukraynadakı müharibəyə öyrəşib. Müharibə yorğunluğu dalğa kimi yayılır. Siz bunu ABŞ-da, Avropada görürsünüz. Və biz görürük ki, onlar bir az yorulan kimi bu proses “mən buna onuncu dəfə təkrar baxa bilmirəm” tipli şouya çevrilir”.

Nəşrin qeyd edir ki, Ukraynanın əks-hücumunda əhəmiyyətli irəliləyiş olmadığına görə Zelenski üçün tərəfdaşlarını Ukraynanın qələbəsinin mümkünlüyünə inandırmaq getdikcə çətinləşir. İsraildə müharibənin başlaması dünya ictimaiyyətinin diqqətini böyük ölçüdə özünə çəkdi və bu, Ukrayna üçün ciddi problemə çevrildi.

Nəşrin müəllifi xatırladır ki, Kiyevə səfərinin ilk günü o, Zelenskinin ətrafındakı məmurlardan birindən prezidentin hazırda özünü necə hiss etdiyini soruşub. Cavab bir saniyə tərəddüd etmədən gəldi: "Qəzəbli".

Bir vaxtlar prezident öz təbii yumoru ilə hərbi konfrans zalında ab-havanı yüngülləşdirirdisə, indi bunların heç biri qalmayıb: “İndi o, gəlir, yeniliklərə dari məlumat alır əmrlər verir və gedir”. Başqa biri deyir ki, Zelenski özünü Qərb müttəfiqləri tərəfindən satılmış kimi hiss edir. Onu müharibədə qalib gəlmək üçün vasitəsiz qoydular, yalnız Rusiyanın hücumuna tab gətirmək üçün vasitələrlə təmin edirlər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR