İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Şoyqu Tehrandan sonra Bakıya niyə gəldi: Rusiya və Azərbaycan müharibəni...

1131 06.08.2024 00:49 Son xəbər A A

Dünən günortadan yayılan məlumarlarda bildirilirdi ki, Rusiyanın keçmiş müdafiə naziri, Federasiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana səfərə gəlib.

Onun Tehranda prezident Pezeşkianla görüşdüyü, Ali Milli Təhlükəsizlik Şurasının katibi və İran Silahlı Qüvvələrinin Baş Qərargahı ilə danışıqlar apardığı barədə məlumatlar yayılıb. 

Screenshot_9.png (111 KB)

Heç şübhəsiz ki, Putinin xüsusi tapşırığı ilə Tehrana yollanan Şoyqu son böhrana və qlobal müharibə təhlükəsinə dair Rusiyanın mövqeyini açıqlayıb. 

Hər kəsə bəlli olduğu kimi, Rusiya İrana çox yaxın və strateji müttəfiq dövlətdir. Bu iki ölkə bir - birini hər hansı şərtlər altında daim dəstəkləyir. 

photo_2024-08-06_01-03-39.jpg (91 KB)

Musavat.com bu xəbərdə maraqlı məqamlardan biri kimi, Şoyqunun Tehrandan birbaşa Bakıya uçmasını göstərir. Belə ki, İran mənbələrinə görə, Şoyqu Tehranı tərk edərək birbaşa Bakıya gedib artıq Azərbaycandadır. 

Xəbərlə bağlı rəsmi açıqlama verilməyib.

Lakin bu trayektoriyadan bir nəticə çıxır: Rusiya müttəfiqi İranın dağıdıcı müharibəyə cəlb olunmasını istəmir, bu məsələdə öz maraqlarına təhdid görür. Tehran rəsmiləri ilə görüşüb, Bakıya, İsraillə və həm də İranla yaxşı münasibətləri olan əmin paytaxta uçur. Mümkündür ki, olası qlobal müharibəni önləmək cəhdlərində rəsmi Bakı da yaxından iştirak edir. Ya da paytaxtımız hər zamankı kimi, qarşıduran tərəflərə etibarlı danışıq masası təşkil etmək təcrübəsini yenidən dövriyəyə buraxıb.

Gəlişmələr barədə oxucularımıza qarşıdakı saatlarda əlavə məlumat veriləcək.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR