İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski niyə Rusiya ərazisinə hücum etmədiklərini AÇIQLADI

994 14.05.2023 23:59 Son xəbər A A

“Ukrayna Rusiya ərazisinə hücum etmir, çünki bunda maraqlı deyil və bunun üçün əlavə vaxtı, qüvvəsi, silahı yoxdur. Ukraynanın müdafiə qüvvələri sırf Ukrayna ərazilərinin azad edilməsinə yönəlib”.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski mayın 14-də Almaniyaya səfəri zamanı kansler Olaf Şoltsla keçirdiyi mətbuat konfransında bəyan edib.

“Rusiya ərazisinə hücumlara gəlincə, biz Rusiya ərazisinə hücum etmirik, biz qanuni torpaqlarımızı azad edirik. Bu bizi maraqlandırmır, əlavə vaxtımız, gücümüz və silahımız yoxdur”, - o deyib.

Zelenskinin sözlərinə görə, Ukrayna hazırda bütün diqqətini beynəlxalq hüquqla tanınan ərazisini işğaldan azad etmək üçün əks-hücum hazırlığına ayırıb. (Oxu.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR