İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Moskvanı dronla VURDU: qurbanlar kəskin artır, Putin NÜVƏ bombası atacaqmı? CANLI

1186 09.08.2023 14:22 Gündəm A A

Moskva yaxınlığındakı Sergiev Posadda baş verən güclü partlayışın qurbanlarının sayı kəskin artıb. Musavat.com xəbər verir ki, bu barədə Shot Telegram-kanalı yazır. Baş verən partlayış nəticəsində yaralananların sayı 31-ə çatıb. Moskva yaxınlığında güclü partlayışın səbəbi olaraq əvvəlcə dronun Sergiev Posaddakı binanı vurması bildirilib. Daha sonra hadisənin optik-mexanika zavodunun ərazisində yerləşən pirotexniki vasitələrin saxlandığı anbarda baş verdiyinə dair sübutlar təqdim edilib.

Partlayış o qədər güclü olub ki, qonşu evlərin pəncərələri sınıb. Hadisə şahidlərinin lentə aldığı videoda şəhərin üzərində göbələk şəklində tüstü buludunun səmaya qalxması əks olunub. Artıq məlumdur ki, yerli administrasiya Sergiev Posadda baş verən güclü partlayışa münasibət bildirib. Daha sonra idarənin nümayəndəsi bildirib ki, hazırda hadisənin səbəbləri araşdırılır. Bundan əlavə, Moskva vilayətinin rəhbəri Andrey Vorobyov hadisə yerinə getdiyini bildirib.

Ukraynanın vacib əks-hücumu bu vaxtadək Kiyevin və Qərbin gözləntilərini doğrultmayıb. Bu barədə CNN-in analitik materialında qeyd olunub. Bildirilib ki, Ukraynanın faciəsi odur ki, o, öz taleyinə özü qərar verə bilmir.

Yazıda qeyd olunub ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin hökuməti ABŞ və Qərbin silah tədarükündən asılıdır. Əlavə olunub ki, müharibənin başa çatmasında Rusiya Prezidenti Vladimir Putin də söz sahibi olacaq.

Vurğulanıb ki, əks-hücumun dayanması və qışda dalana dirənməsi gələn il seçkilərin keçiriləcəyi ABŞ-da Vaşinqtonun Kiyevə dəstəyi ilə bağlı bir sıra sualların ortaya çıxması ilə nəticələnəcək. Belə ki, amerikalılar Qərb alyansını canlandıran və Ukraynanın ən vacib xarici dəstəkçisi olan Baydenlə NATO-ya skeptik yanaşması olan və Vladimir Putinə rəğbət bəsləyən, müharibəni ehtimal ki, Vladimir Putinin şərtləri əsasında 24 saat içərisində bitirməyə söz vermiş sabiq Prezident Tramp arasındakı toqquşmalara hazırlaşırlar.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Vaqif Hüseynlə söhbətləşir. Müzakirəyə tamaşaçılar da qoşula bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR