İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaxarovadan Ermənistanla bağlı SON DƏQİQƏ açıqlaması 

2987 27.09.2023 14:49 Son xəbər A A

“Moskva onun siqnallarının İrəvanda eşidiləcəyini və lazımınca qəbul ediləcəyini gözləyir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Düşünürəm ki, hətta kar adam da eşidərdi, bu, təkcə Moskvanın reaksiyası məsələsi deyil, bu, bütövlükdə bütün dünyaya yayılıb. Təmaslara gəlincə, onlar müxtəlif səviyyələrdə davam edir və biz siqnallarımızın düzgün eşidiləcəyini və qəbul ediləcəyini gözləyirik. Rusiya Ermənistanla müttəfiqlik münasibətlərinə həmişə qayğı ilə yanaşıb, heç vaxt onların kəskinləşməsinin təşəbbüskarı olmayıb, ən çətin vəziyyətlərdə erməni xalqına maksimum dəstək verib və bundan sonra da belə olacaq”, - deyə Zaxarova söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR