İnsanlara hürriyət, millətlərə istiqlal!

Zatulindən Azərbaycana qarşı növbəti təxribat

1696 31.05.2024 12:20 Son xəbər A A

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin Moskvada keçirilən "Lazarev Klubu"nun 6-cı iclasında yenə Azərbaycan əleyhinə təxribatçı fikirlər səsləndirib.

Musavat.com axar.az-a istinadən bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Rusiya ilə Ermənistanın birgə təsis etdikləri "Lazarev klubu" erməni separatizminə və Qarabağ klanına dəstək verən başlıca müzakirə platformasıdır:

"Zatulin deyib ki, guya Qarabağ ərazisində "erməni kilsələri" albanlaşdırılır. Həmin kilsələr elə əvvəldən də alban kilsələri idi. Zatulin "erməni kilsələrinin albanlaşdırılmasını" tarixi irsə "cinayət" kimi qiymətləndirib.

Zatulinin erməni kilsəsi haqqında danışması təsadüfi deyil. Görünür, Zatulin erməni kilsəsinin "irsi" haqqında danışmaqla bu gün İrəvanda hakimiyyətlə kilsə arasındakı mübarizədə ikinciyə dəstəyinə işarə etmiş olur. Zatulin hiyləgər və təhlükəli siyasətçidir. "Rusiyanın Xankəndidə konsulluq xidmətinin açılması" təklifinin ideya müəllifinin də Zatulin olduğuna təəccüb etmərəm, sadəcə mövzunu həmkarı Karasin vasitəsilə gündəmə gətirib ki, bu, Azərbaycanda etiraz doğurmasın".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR