İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqatalada narkotacirdən odlu silah götürülüb

627 28.09.2022 14:06 Kriminal A A

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və odlu silah saxlayan şəxs tutularaq istintaqa təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər də oğurluq və əmlakı qəsdən məhvetmə cinayətləri törətdiyi üçün bir neçə dəfə məhkum olunmuş Sərdar Atayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Davam etdirlən tədbirlərlə saxlanılan şəxsin yaşadığı evə də baxış keçirilib. Həmin ünvandan isə 1 kiloqramdan artıq marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş ov tüfəngi götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR