İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqatalada DƏHŞƏT: Şizofren xəstəsi babasını bıçaqladı

542 28.11.2023 18:32 Hadisə A A

Zaqatalada bıçaqlanma hadisəsi olub.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki, bu gün saat 15:30-da Zaqatala şəhər sakini, 21 yaşlı Ruslan İbrahimov onunla eyni ünvanda yaşayan babası, 77 yaşlı Yaşar İbrahimova məişət zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirib. R.İbrahimovun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR