İnsanlara hürriyət, millətlərə istiqlal!

Zaqatalada AĞIR QƏZA zamanı yaralanan müəllim öldü

751 13.06.2022 11:50 Hadisə A A

Ötən gün Zaqatalada baş verən yol qəzasında ağır xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb.

Musavat.com-un APA-ya istinadla məlumatına görə, 1988-ci il təvəllüdlü Zaqatala rayonu Əliabad qəsəbə sakini Elçin Rəcəb oğlu Bədirov Bakı şəhərindəki xəstəxanalardan birində ölüb.

Qeyd edək ki, iyunun 12-i səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistralının Zaqatala rayonu Əliabad qəsəbəsi ərazisindən keçən hissəsində “Ford” markalı 62 BO 101 dövlət nömrə nişanlı xırda tutumlu yük maşını ilə “VAZ 2106” markalı 62 BL 239 dövlət nömrə nişanlı minik avtomobili toqquşması nəticəsində 4 nəfər xəsarət almışdı. Yaralılardan ağır olan Elçin Bədirova və onun qohumu 1995-ci il təvəllüdlü Malik Şaban oğlu Bədirova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərildikdən sonra Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Qəza nəticəsində həyatını dəyişən Elçin Bədirov Əliabad qəsəbəsində fəaliyyət göstərən tam orta məktəblərdən birində dil-ədəbiyyat müəllimi işləyirdi.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR