İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahidanda biri polkovnik olmaqla daha 3 SEPAH üzvü öldürülüb

1036 01.10.2022 12:36 Region A A

İran İnqilab Keşikçiləri Korpusunun Quru Qoşunlarının Qüds Qərargahının ictimaiyyətlə əlaqələr bölməsinin yaydığı məlumata görə, sentyabrın 30-da Zahidanda daha 3 SEPAH zabiti öldürülüb.

Məlumatda polkovnik Seyid Həmidrza Haşimi, Məhəmmədəmin Azərşəkər və Məhəmmədəmin Arifinin müxaliflər tərəfindən öldürüldüyü bildirilib.

Bununla yanaşı daha 32 SEPAH zabiti və üzvünün müxtəlif dərəcəli xəsarətlər aldığı qeyd olunub.

Xatırladaq ki, eyni gündə İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat bölməsinin komandiri polkovnik Seyid Əli Musəvi də silahlı qarşıdurmada həlak olub.

GunazTv

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR