İnsanlara hürriyət, millətlərə istiqlal!

Zabrat yolunda ölümə gedən avtoxuliqan - VİDEO

999 27.05.2024 12:20 Hadisə A A

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü təhlükəli anlar yaşadıb.

Musavat.com Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Zabrat-Maştağa yolunda baş verib.

Belə ki, 99-TU-863 qeydiyyat nişanlı "Ford" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkət edən zaman qoşa xəttin tələbini pozaraq əks yola çıxıb.

O, axına qarşı gedən zaman toqquşacağını görərək qəfildən sağa manevr edib. Bu zaman görüntünü qeydə alan sürücüyə də qəza şəraiti yaradıb. Bunlar azmış kimi həmin sürücü öz əməlindən əl çəkməyib qarşıda digər avtomobili sağdan ötərək təhlükəli hərəkətlərinə davam edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR