İnsanlara hürriyət, millətlərə istiqlal!

Z – “zloy” zombilərin svastikası

1800 19.03.2022 18:01 Yazarlar A A

Adəm və Həvvanın hansı millətə mənsubluğu barədə məşhur lətifə var. Deyir, bu mövzuda beynəlxalq simpozium keçirilir, bütün ölkələrdən ağıılı adamlar toplaşır. Nümayəndələr növbə ilə çıxış edirlər. Fransız söz alır, deyir: “Əminliklə bəyan edirəm ki, Adəm və Həvva fransız olub. Özünüz düşünün, yalnız fransız qadın öz sevimli kişisi üçün cənnəti tərk edər!”

İngilis tribunaya qalxır, deyir: “Biz fransızların fikrinə hörmət edirik, amma Adəm və Həvvanı ingilis sayırıq. Baxın, Adəm günahın bir hissəsini öz üzərinə götürərək cənnətdən çıxır. Yalnız əsl ingilis centlmen belə hərəkət edər!”

Növbə rusa çatır və o, sözə başlayır: “Yox, hamınız haqsızsınız. Biz analiz apararaq bu qərara gəlmişik ki, Adəm və Həvva rusdur və bunu sübut edə bilərik. Birincisi, normal qida sarıdan onların heç nəyi yoxdur, əllərində yalnız alma var. İkincisi, onlar düz-əməlli geyim tapmırlar, yarıçılpaq gəzirlər, heç başlarını soxmağa daxmaları da yoxdur. Üçüncüsü, heç nələri olmaya-olmaya, elə bilirlər, cənnətdə yaşayırlar”.

Budur, həmin dövran geri dönür. Rusiya görünməmiş sanksiyalara məruz qalıb, mağazalar boşalır, ərzaq, geyim, hər şey yoxa çıxır, kütləvi işsizlik, kasıblıq başlayır, amma ruslar hələ də elə bilirlər, cənnətdədirlər. O gün yüz mini birdən “Lujniki” stadionuna yığışıb mahn oxuyub, bayraq yelləyib, “ura” qışqırıb, rəhbərləri alqışlayıb və s.

112.JPG (46 KB)

Bir sovetdənqalma manıs var, Oleq Qazmanov, arısz-arsız çıxıb SSRİ haqqında mahnı oxuyub, “vətənim Ukraynadır, Moldovadır, Qafqazdır, Orta Asiyadır” deyə keçmiş SSRİ respublikalarının adını çəkib. Adama deməzlərmi, adə, yaramaz svoloç, adını çəkdiyin yerlər sənin və o biri faşistlərin vətənidirsə, niyə dağıdırsınız, bombalayırsınız, camaatı qırırsınız, adam da vətənini bu günə salarmı.

Hara gəldi Z işarəsi yapışdırmaq nədir, sonra gedib “zapravka”da növbəyə durmaq nədir, “zakuska” üçün dava salmaq, “Za rodinu” qışqıra-qışqıra “zavtra”ya görə “zabota” çəkmək, “zarplata”dan, “zatratı”lardan gileylənmək, “za qranitsa”ya qaçmaq nədir? Zırrama Züqanovdan zalım Zlobinə qədər bütün “zanuda”lar anlamalıdır ki, bu “Z” svastikasını başqa zibillərin rəmzi etmək mümkün deyil, o yalnız zombilərin işarəsi ola bilər.

Zorladır? Camaat sizi, yumşaq desək, sevmir, latayırla desək, hərləmir. Yüz illərdir sevimli ola bilmirsiniz. Hamıyla dalaşırsınız. Özünüzü həmişə haqlı sayırsınız, başqalarını xor görürsünüz, hamıdan itaət tələb edirsiniz. Ona görə də, baxın, dünya sizə nə deyir.

Artıq bütün dünya rusca söyüşlər öyrənib. Parlamentdə, mediada, sosial şəbəkədə, ictimai yerlərdə hamı rusca söyüşlər söyür. Əvvəllər adamlar biədəb söz dilə gətirəndə yeddi dəfə üzr istəyərdilər, indi qadın deputat parlamentdə böyük bir dövlətin başçısının ünvanına, onun öz dilində söyüş söyür, bütün zal alqışlayır, bu videonu bir milyard adam üçün paylaşırlar, milyonlarla “layk” gəlir.

Dünyada ilk dəfədir ki, ən elitar və kübar dairələrdə söyüş leqallaşıb, işlək leksikona daxil olub, legitimləşib. Bunu kim etdi?

Bunu ilk dəfə çeçen terrorçuların cəzalandırılması barədə əmr verən, “onları elə tualetdəcə “zamoçit” edin” əmri verən rəhbər etdi. (Əcəba, bəlkə Ukrayna kampaniyasındakı Z elə həmin “zamoçit”in ifadəsidir?). Budur, bumeranq fırlanıb qayıdıb üzü geriyə.

Görün, iş hansı tərəqiqiyə çatıb, alman siyasilər çıxıb bəyanat verirlər ki, Almaniyada yaşayan sıravi ruslarla işiniz yoxdur, onlara təzyiq göstərməyin, darvazalarını işarələməyin, marketdə sataşmayın, küçədə təhqir etməyin və s.

original.jpg (56 KB)

Gerçəkdən də “müharibə pisdir”, “Ukraynaya müdaxilə yolverilməzdir”, “No war” deyən rusların heç bir günahı yoxdur, onlarla heç kəsin işi olmamalıdır, amma Ukraynaya hücumu dəstəkləyən, SSRİ-nin bərpasına tərəfdar çıxan, mülki insanların qətlinə bəraət qazandıran ruslarla davranış başqa cürdür. Biz olsaq, onları Allaha tapşırarıq, amma avropalılar Allahın belə tapşırıqlara baxmadığına əmindirlər, ona görə də üzlərinə qarşı deyirlər ki, idite na yuq.

Mövzuya uyğun bir lətifə də var: YUNESKO planet əhalisi arasında sorğu keçirir ki, başqa ölkələrdə ərzaq qıtlığına dair şəxsi fikirlərini bildirsinlər. Avropada deyirlər: “Qıtlıq nədir?” Afrikada anlamırlar: “Ərzaq nə olan şeydir?” Amerikada fikirləşirlər: “Başqa ölkələr haradır?” Çində və ərəb ölkələrində başa düşmürlər: “Şəxsi fikir nə deməkdir”.

İndi Rusiyada hamı ərzaq qıtlığının nə demək olduğunu anlayır, başqa ölkələri də qoyduqları sanksiyalara görə tanıyırlar, bircə şəxsi fikirləri yoxdur, Kremldən Qazmanova qaz veriblər ki, get SSRİ haqqında nəğmə oxu, o da oxuyir, camaat da toplaşıb dinləyir, elə bilir ki, mahnı varsa, çörək də olacaq.

Brejnev isə elə deməmişdi, demişdi ki, çörək olsa, mahnı da olar. Ac qarına nə mahnı? Hərçənd zombilərə nə mahnı lazımdır, nə də çörək. Onlara əmr lazımdır: “Get qabağa!”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR