İnsanlara hürriyət, millətlərə istiqlal!

Yoluxma arta bilər - İnfeksionistdən VACİB AÇIQLAMA - VİDEO

1786 13.09.2022 16:10 Səhiyyə A A

Havalar soyuduğundan insanlar daha çox qapalı məkanlara üz tuturlar. Bu zaman isə onlar arasında təmaslar artır, sosial məsafə isə gözlənilmir. Nəticədə virusun yayılması daha da asanlaşır.

Musavat.com-un məlumatına görə, infeksionist Vasif Əliyev "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, payız fəsli bütün respirator infeksiyalar üçün də münbit şərait yaradır.

O həmçinin yeni dərs ilinin başlaması ilə yoluxma ehtimalının daha da arta biləcəyinə diqqət çəkib. İnfeksionist bildirib ki, təhsil ocaqlarında sıxlıq müşahidə olunacaq ki, bu zaman həm müəllim, həm də valideynlər diqqətli olmalıdırlar.

Vasif Əliyev onu da qeyd edib ki, payız-qış mövsümündə digər qrip infeksiyaları da aktivləşdiyindən covid-19-la payız qripini ayırmaq çətindir. Bu məqamda yalnız diaqnostik üsula müraciət etmək lazımdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR